ABŞ yeni nəsil F-47 döyüş təyyarəsinin istehsalına başlayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp müdafiə katibi Pit Heqset ilə birgə çıxışında anons verib.
“Mənim göstərişimlə Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri dünyanın ilk altıncı nəsil döyüş təyyarəsi ilə təmin ediləcək. Dünyada heç nə onunla müqayisə belə edilə bilməz. O, F-47 kimi tanınacaq”, - deyə Tramp deyib.
Prezident daha sonra əlavə edib ki, F-47-nin sınaq versiyası təxminən beş ildir uçur.
Məlumata əsasən, F-47 təyyarəsinin Hərbi Hava Qüvvələri üçün istehsalı “Boeing” şirkəti tərəfindən həyata keçiriləcək.