Böyük Britaniyanın Baş naziri Keyr Starmer Avropa ölkələrini Moskva ilə Kiyev arasında sülh razılaşması olacağı təqdirdə təhlükəsizliyi təmin etmək və Rusiyanın qarşısını almaq üçün əvvəlcədən plan hazırlamağa çağırıb.
Məlumatı “Nyu York Tayms” nəşri yayıb.
“Biz oturub sövdələşməni gözləyə bilmərik. Etibarlı təhlükəsizlik təminatlarının olmaması Kiyevi müdafiəsiz qoyacaq və Avropa bu təminatların verilməsində aparıcı rol oynamalıdır”, - Starmer bildirib.