Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezaşkian arasında telefon danışığı olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər arasında ikitərəfli məsələlər müzakirə olunub. Həmçinin regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərdoğan qeyd edib ki, Ankara ikitərəfli münasibətlərin inkişafı üçün səylərini davam etdirəcək. Telefon danışığı zamanı Türkiyə lideri həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.