İran raketləri yeraltı bazaların olduğu bütün şəhərlərdə buraxılış qurğularına yüklənib və ABŞ tərəfindən eskalasiya olduğu təqdirdə buraxılmağa hazırdır.
Bu barədə "Tehran Times" xəbər yayıb.
"Pandora qutusu"nu açmaq ABŞ hökumətinə və onun müttəfiqlərinə baha başa gələcək", - deyə materialda qeyd edilir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İranı nüvə silahı istehsal etməmək barədə razılıq əldə etmədiyi təqdirdə görünməmiş bombardmanlarla hədələyib.
Yeri gəlmişkən, Qərb mediasında İranın ABŞ-ın Hind okeanındakı bazasına hücum etməyə hazır olduğu haqda xəbərlər var.