Myanmanın Baş naziri Min Aun Hlayn ötən həftə baş vermiş zəlzələlərin nəticələri ilə əlaqədar bir həftəlik milli matəm elan edib.
TASS xəbər verir ki, son məlumatlara əsasən, zəlzələlər nəticəsində ölənlərin sayı 1 700 nəfərə çatıb, yaralananların sayı isə 3 400 nəfərdir.
Xatırladaq ki, martın 28-də Myanmanın mərkəzi hissəsində 7,7 və 6,4 maqnitudalı iki güclü zəlzələ baş verib. Zəlzələlər ciddi dağıntılara və çoxsaylı insan tələfatına səbəb olub.
Yeraltı təkanlar qonşu ölkələrdə, o cümlədən Tailandda da hiss olunub. Paytaxt Banqkokda tikilməkdə olan hündürmərtəbəli binanın uçması nəticəsində azı 6 nəfər ölüb, onlarla insanın yaralanıb.