Gürcüstanda 3,6 maqnitudalı zəlzələ olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzə görə, təbiət hadisəsinin episentri paytaxt Tbilisidən 12 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 24 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.