ABŞ Ali Məhkəməsi Birləşmiş Ştatlar Administrasiyasının tələbini təmin edib və miqrantların kütləvi deportasiyasına qoyulan qadağanı aradan qaldırıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, müvafiq qərar Ali Məhkəmənin saytında dərc olunub.
Məhkəmənin beş üzvü qadağanın aradan qaldırılmasına, dördü isə qərarın əleyhinə səs verib.
Beləliklə, aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya məhkəməsinin qərarı ləğv edilib.