Gürcüstanda partiyaların, QHT-lərin və siyasətçilərin XARİCDƏN MALİYYƏ YARDIMI ALMASI QADAĞAN OLUNUR

Yaxın günlərdə Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

 

O qeyd edib ki, yeni dəyişikliklərə əsasən, partiyaların, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı siyasətçilərin xaricdən maliyyə yardımı alması məsələsi tənzimlənəcək. Onlar müxtəlif tədbirlərin keçirilməsi üçün xaricdən maliyyə yardımı ala bilməyəcəklər: “Siyasətçilər gürcü xalqının maraqlarına uyğun qərarlar verməlidirlər. Xaricdən pul alanda isə onların maliyyə aldıqları ölkələrin maraqlarından çıxış etməsi riski yaranır”.

 

Parlamentin sədri vurğulayıb ki, Gürcüstana qarşı zərərli məqsədləri olan siyasi qruplar var. Ona görə də onların qarşısının alınması zərurəti yaranıb. “Biz seçkilərə, demokratiyaya və xalqın iradəsinin formalaşmasına kənardan hansı müdaxilələrin olduğunu gördük. Təəssüf ki, siyasi partiyaların və seçki kampaniyalarının kənardan maliyyələşdirilməsi adi hala çevrilib. Ona görə də bunun üçün müvafiq qanunu tənzimləmək lazımdır”, - deyə Şalva Papuaşvili bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: wwwsenzoraz@gmail.com
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün wwwsenzoraz@gmail.com ünvanına müraciət edə bilərsiniz.