Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşü liderlərin öz iradələrini bəyan etdikləri məsələdir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“Hazırda Ərdoğan və Tramp görüşünün nə vaxt və harada olacağını müzakirə edirik. Bu, mümkün qədər tez baş verəcək”, - Fidan əlavə edib.
“Tramp Prezidentimizə hörmətlə yanaşır. Prezidentimizin də ona münasibəti müsbətdir”, - Fidan vurğulayıb.