Makron: Avropa İttifaqı ABŞ-a cavab tədbirləri üzərində işləyəcək

Avropa İttifaqı (Aİ) ABŞ-ın gömrük rüsumlarının tətbiqinin qismən dayandırılmasına baxmayaraq, cavab tədbirləri üzərində işləməyə davam edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “X” sosial şəbəkəsində yazıb.

 

O qeyd edib ki, tariflərin tətbiqinin 90 gün müddətinə dayandırılması danışıqlar üçün bir siqnal və açıq qapıdır, lakin bu fasilə kövrək olaraq qalır, çünki bu, bütün Avropa və ABŞ şirkətləri üçün qeyri-müəyyənlik dövrüdür. Avropanın məqsədi bu tariflərin ləğvi barədə razılığa gəlmək və ABŞ ilə balanslaşdırılmış sazişə nail olmaqdır.

 

"Avropa Komissiyası ilə birlikdə biz qətiyyət nümayiş etdirməliyik: Avropa bütün lazımi əks tədbirlər üzərində işləməyə, özünü qorumaq, o cümlədən bazarımızda tarazlığı pozan üçüncü ölkələrdən axının qarşısını almaq üçün bütün mövcud vasitələri səfərbər etməyə davam etməlidir", - E.Makron yazıb. 

 

O əlavə edib ki, Fransa buna hazırdır və Avropa da hazır olmalıdır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.