Rusiya Prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kiril Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla görüşüb.
TASS xəbər verir ki, görüş Sankt-Peterburqdakı “Grand Europe” otelində baş tutub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkoff bu gün Rusiyaya səfər edib.
Rusiya Prezidenti Vladimir Putin də bu gün Sankt-Peterburqa səfər edib. Kreml hələlik təsdiqləməsə də, Putinin Peterburqda Trampın xüsusi nümayəndəsini qəbul edəcəyi ilə bağlı məlumatlar yayılıb.