Rusiya Ədliyyə Nazirliyi ölkənin keçmiş xarici işlər naziri Andrey Kozırevi xarici agentlər siyahısına əlavə edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, qurumun saytında dərc olunmuş məlumatda belə deyilir.
Məlumata görə, A.Kozırev Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar haqda, habelə Rusiya Silahlı Qüvvələrinin mənfi imicini yaratmağa yönəlmiş yalan məlumatlar yayıb.
Xatırladaq ki, o, 1990-cı il oktyabrın 11-dən 1996-cı il yanvarın 5-dək Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edib, eyni zamanda iki çağırış Dövlət Dumasının deputatı olub. Kozırev 2012-ci ildən Mayamidə yaşayır.