ABŞ Prezidenti Donald Tramp Çinlə ticarət razılaşmasına açıqdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Prezident çox açıq şəkildə bildirib ki, o, Çinlə razılaşmaya açıqdır. O, nikbindir. Əgər Çin qisas almağa davam edərsə, bu, Çin üçün yaxşı olmayacaq”, - Ağ Ev rəsmisi bildirib.