Rusiya Ukraynanın Sumı şəhərinə raket zərbələri endirdi: 34 ÖLÜ, 117 YARALI VAR
VİDEO/FOTO

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində ölənlərin və yaralananların sayı artıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, son məlumata görə, 34 nəfər, o cümlədən 2 uşaq həlak olub. 117 nəfər, o cümlədən 15 uşaq yaralanıb. 

 

“Həlak olanların ailələrinə başsağlığı veririk. Bu bütün ölkə üçün əvəzolunmaz itkidir”, – Xidmətin məlumatında deyilir.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib ki, Sumıya “İskander-M/KN-23” tipli iki ballistik raketlə zərbəni Rusiya ordusunun 112-ci və 448-ci briqadalarının heyətləri endiriblər.

 

**15:36


Rusiya ordusu bu gün Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, raket hücumu zamanı mülki əhali hədəfə alınıb. 

 

Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, ictimai nəqliyyat vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, nəqliyyat vasitələrində və binalarda olublar. Hücum nəticəsində, indiyə olan məlumata görə, 31 nəfər həyatını itirib, 84 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Moskvaya səfərindən sonra baş verib.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.