Çin Sədri Si Cinpin aprelin 14-ü Vyetnama dövlət səfərinə gedib.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin liderinin təyyarəsi yerli vaxtla günorta saatlarında Hanoy aeroportuna enib.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyindən bldirilimişdi ki, Si Cinpinin Vyetnama səfəri 14-15 aprel tarixlərində baş tutacaq. Çin Sədri daha sonra - aprelin 15-18-də Malayziya və Kambocaya səfər edəcək.