Macarıstan Aİ-nin İrəvanla oyunlarını bloklayıb

Son altı həftə ərzində Macarıstan Avropa İttifaqının (Aİ) Avropa Sülh Fondundan Ermənistana göndərilən 10 milyon avroluq hərbi yardımın qarşısını alıb.

 

Məlumatı mənbələrinə istinad edən “Azadlıq Radiosu” yayıb.

 

Xatırladaq ki, 2021-ci ildə yaradılmış bu fond Aİ-nin birlikdən kənar ölkələrə hərbi yardım göndərmək üçün istifadə etdiyi fonddur. Yarandığı gündən vəsaitlər əsasən Ukraynaya yönəldilib, lakin 2024-cü ilin iyul ayında daha 10 milyon avronun Ermənistana köçürülməsi təsdiqlənib, lakin Macarıstan bu təşəbbüsə mane olub.

 

“Budapeşt sonda Bakıya ölkədəki minatəmizləmə əməliyyatlarını dəstəkləmək üçün ekvivalent maliyyə vəsaitinin göndərilməsi şərti ilə etirazlarını dayandırıb. Bu həftə Macarıstanı yardımı buraxmağa inandırmaq üçün əlavə müzakirələr aparılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb”, - “Azadlıq Radiosu” vurğulayıb.

 

Məlumatda bildirilir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndsəsi Kaya Kallas tərəfindən təklif edilən yardım Avropa Sülh Fondu vasitəsilə Ermənistanın guya “ölümə səbəb olmayan müdafiəsini” gücləndirmək məqsədi daşıyır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.