Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüş keçirib.
Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, HƏMAS nümayəndə heyətinə danışıqlarda Siyasi Büronun rəisi Məhəmməd Dərviş başçılıq edib.
Danışıqların əsas mövzusu Qəzza zolağında humanitar durum olub.
Tərəflər Qəzza sakinlərinə humanitar yardımın çatdırılması üçün mümkün tədbirləri və bu istiqamətdə beynəlxalq səylərin əlaqələndirilməsini müzakirə ediblər.
Həmçinin görüş iştirakçıları Qəzzada davamlı və hərtərəfli atəşkəsə nail olmaq üçün səylərlə bağlı cari vəziyyəti qiymətləndiriblər.