ABŞ Ali Məhkəməsi ölkə hakimiyyətinə Venesueladan olan miqrantları deportasiya etməyi müvəqqəti olaraq qadağan edib.
Bu barədə "CBC News" xəbər yayıb.
Bununla da, məhkəmə Amerikanın Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqının qaldırdığı iddianı təmin edib.
Prezident Donald Trampın administrasiyası isə iddianı rədd etməyi tələb edirdi.
Qeyd edək ki, Venesueladan olan miqrantlar qrupunu ABŞ-da terror təşkilatı kimi tanınan "Tren-de-Araqua" qruplaşması ilə bağlantılarda ittiham edirlər.[D1]
Onların ABŞ-dan deportasiya edilməsi barədə qərar məhkəmə prosesi olmadan qərar çıxarmağa imkan verən "Xarici Düşmənlər Aktı"nın əsasında verilib. Qanun sonuncu dəfə II Dünya Müharibəsi zamanı tətbiq edilib.