Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı mənzil-qərargahında ölkəsinin yeni bayrağını qaldırıb.
Bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.
“Bu addım sadəcə simvolik deyil, həm də Suriya xalqının xatirəsinə ehtiram, eləcə də qələbəsinin rəmzi idi”, - o, “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
Diplomatın sözlərinə görə, suriyalılar bu addımı 14 ildir gözləyirdilər.
Üç qırmızı ulduzu olan yaşıl-ağ-qara bayraq Əhməd Əl Şaraa hakimiyyətə gəldikdən sonra ölkənin yeni hökuməti tərəfindən rəsmi olaraq qəbul edilib.