Putinin son bir neçə gündə mülki ərazilərə, şəhərlərə və qəsəbələrə raket zərbələri endirmək üçün heç bir səbəbi yoxdur.
Senzor.az bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"Bu, məni onun müharibəni bitirmək istəmədiyini düşünməyə vadar edir. Düşünürəm ki, onunla başqa cür davranmaq lazımdır - “bankçılıq” və ya “ikinci dərəcəli sanksiyalar”? Çox sayda insan ölür!”, - Tramp qeyd edib.
Ekspertlər ABŞ liderinin bu sözləri məhz Ukrayna Prezidenti Volodimir Zelenski ilə Vatikandakı qısa görüşdən sonra dilə gətirməsini təsadüfi hesab etmirlər. Yeri gəlmişkən, görüşdən sonra Zelenski özü də çox ümidli açıqlama vermiş və Trampa təşəkkür etmişdi: “Ümumi nəticələr əldə etsək, tarixə keçmə potensialı olan çox simvolik görüşdür. Təşəkkürlər, Prezident Donald Tramp!".