Hindistan öz səmasını Pakistan üçün bağlamaq istəyir

Cammu və Kəşmir ştatında Hindistanla Pakistan arasındakı Nəzarət Xəttinin sərhəd bölgəsində atışma olub.


“PTI” agentliyi xəbər verir ki, Hindistan ordusu belə məlumta yayıb.

 

“Aprelin 28-dən 29-na keçən gecə Pakistan ordusu Kupvara və Baramulla rayonları ilə üzbəüz ərazilərdə Nəzarət Xətti boyunca atıcı silahlardan səbəbsiz atəş açıb. Hindistan ordusu tez və effektiv cavab verib”, - bəyanatda deyilir.

 

Ölən və yaralananlar barədə məlumat açıqlanmayıb.

 

Azvision.az xatırladır ki, Cammu və Kəşmirdə 26 nəfərin ölümü ilə nəticələnən terror hücumundan sonra Nyu-Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl olaraq beşinci gecədir ki, pozulur.

 

Hökumətdəki mənbələrə istinad edən “Economic Times” qəzetinin yazdığına görə, Hindistan öz hava məkanını Pakistan daşıyıcılarının üzünə bağlamaq və Pakistan gəmilərinin Hindistan limanlarına çıxışına qadağa qoymaq barədə düşünür.

 

“Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün Çin və ya Şri-Lanka üzərindən təyyarələrin marşrutunu dəyişməli olacaq”, - nəşr vurğulayır.

 

Hazırda Pakistanın Beynəlxalq Hava Yolları dövlət şirkəti Sinqapur və Tailanddan başqa Kuala-Lumpur və digər Malayziya şəhərləri də daxil olmaqla dünyanın bu hissəsindəki bir neçə istiqamətə daxil olmaq üçün Hindistanın hava məkanından istifadə edir.

 

Xatırladaq ki, Pakistanla Hindistan arasında yaşanan gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərdəki böhranın diplomatik yollarla həll olunacağına ümid etdiyini bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.