Suriyanın cənubunda druzlarla hökumət qüvvələri arasında silahlı toqquşma baş verib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Belə ki, yerli druz liderlərindən birinin Məhəmməd peyğəmbəri təhqir etməsi müsəlmanların hiddətinə səbəb olub və nəticədə bölgədə gərginlik yaranıb. Hökumət qüvvələri isə druzlarla suriyalı ərəblər arasında başlamış qarşıdurmanı yatırmaq məqsədilə ölkənin cənubuna göndərilib.
Lakin bundan hiddətlənən druzlar ordu bölmələrinə atəş açıblar. Silahlı toqquşmalar nəticəsində hər iki tərəfdən ölənlərin olduğu bildirilir...