İranın Xorasan Rezəvi əyalətinin Raştxar şəhərində baş verən zəlzələ nəticəsində zərər çəkənlərin sayı 29-a çatıb.
Məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, zərərçəkənlər zəlzələdən qaçmağa çalışarkən xəsarət alıblar.
Məlumata görə, hazırda yalnız bir nəfər xəstəxanada qalır, digər zərərçəkənlər artıq evə buraxılıb.
Qeyd edək ki, Raştxarın 61 min əhalisi var. O, Məşhəddən 199 kilometr cənubda yerləşir.
**10:32
İranın Xorasan Rezəvi əyalətinin Rəştxar şəhərində mayın 1-də səhər saatlarında 5 maqnitudalı zəlzələ olub.
“Mehr” agentliyi bildirir ki, bu barədə şəhərin icra başçısı Seyid Əli Musəvi məlumat verib.
Onun sözlərinə görə, hadisə yerinə xilasedicilər cəlb olunub.
Ə.Musəvi təbii fəlakət nəticəsində dəyən maliyyə ziyanını araşdırdığını qeyd edib. O bildirib ki, yeraltı təkanlar qonşu Xaf və Turbat Heydəri şəhərlərində də hiss edilib.
Rəzəvi Xorasan valiliyi fövqəladə hallar idarəsinin baş direktoru Məsud Yavəri isə yerli mediaya açıqlamasında deyib ki, 19 nəfər xəsarət alıb.
Onun sözlərinə görə, xəsarət alanların sayının artacağı ehtimal olunur. Çünki Roştxar rayonundan əlavə, daha 4 rayonda xəsarət alanlar barədə məlumatlar var.