Birləşmiş Ştatlar hələlik Rusiya və Ukrayna arasında vasitəçilik rolunu davam etdirir, lakin münaqişənin həllində irəliləyiş olmasa, bu mövqe dəyişə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Dövlət Departamenti Mətbuat xidmətinin rəhbəri Temmi Brüs deyib.
“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, – ABŞ xarici siyasət idarəsinin nümayəndəsi “Fox News” telekanalının canlı yayımında Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən söyləyib.
O, həmçinin vurğulayıb ki, bu mövqe dəyişikliyi ABŞ-ın atəşkəsə nail olmaq və ya münaqişəni tamamilə dayandırmaq istəyindən imtina etməsi anlamına gəlmir.