Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının əməkdaşları terror aktı hazırlamaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, onlardan 4-ü İran vətəndaşıdır.
Yerli KİV xəbər verir ki, bu barədə London Polisinin Mətbuat xidməti məlumat yayıb.
"Terrorla mübarizə üzrə Polis İdarəsi aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində terror cinayətlərində şübhəli bilinən 5 nəfəri saxlayıb. Onların hamısı terror aktı hazırlamaqda şübhəli bilinir. Həmin şəxslərdən 4-ü iranlıdır", - polisin açıqlamasında deyilir.
Qeyd olunur ki, saxlanılan 5-ci şəxsin etnik mənsubiyyəti müəyyənləşdirilir. Bu kişilər 29-46 yaşlarındadır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq çərçivəsində London, Suindon və Böyük Mançesterdə axtarışlar aparırlar.(“Report”)