Rusiya və İran prezidentləri regional məsələləri müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Kremldən məlumat verilib.

 

Məlumata görə, prezidentlər beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparıb, İran və ABŞ arasında birbaşa olmayan görüşün gedişini müzakirə ediblər.

 

Bildirilib ki, Vladimir Putin İran və ABŞ arasında ədalətli razılaşmaya nail olmaq məqsədilə dialoqun irəliləməsinə Rusiyanın yardım etməyə hazır olduğunu təsdiqləyib.

 

İnformasiyaya əsasən, tərəflər Əhatəli Strateji Tərəfdaşlıq Müqaviləsi əsasında Rusiya-İran əməkdaşlığının inkişafı məsələlərindən də bəhs ediblər.

 

Rusiya lideri İranın hökumət başçısına Hürmüzqan əyalətinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.