“Hindistan Pakistanın 3 şəhərinə raket hücumu edib”.
Senzor.az bildirir ki, bu barədə Paksitan ordusu məlumat yayıb.
Qeyd olunub ki, hədəflər Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki - Kotli və Müzəffərabad şəhərləri olub.
Hindistanın Pakistana endirdiyi hava zərbələri nəticəsində 8 nəfər ölüb, 35 nəfər isə yaralanıb.