Türkiyə XİN: Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb

Hindistanın Pakistana hücumu hərtərəfli müharibə riski yaradıb.

 

Senzor.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.

 

Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı bəyanatında bildirilib ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir: “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”.

 

Tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatda vurğulanıb ki, Türkiyə ümid edir ki, bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq.

 

“Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, - bəyanatda qeyd edilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.