Pakistan cavab tədbirləri olaraq Hindistanın vacib obyektlərini sıradan çıxarıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Hindistanın Suratqarh aerodromu, bu ölkənin artilleriyasının Dehrangyaridəki mövqeyi və Naqrotadakı “BrahMos” raket anbarı məhv edilib.
Bundan başqa Hindistanın elektrik şəbəkəsinin 70 faizi yarasız vəziyyətə salınıb, onların “ZKG Top”dakı qərargahı, Uridəki təchizat anbarı məhv edilib.
Pakistan ölkə ərazisinə raketlərin buraxıldığı Beasdakı “BrahMos” anbarını, Udhampur aviabazasını və Pathankot aerodromunu bombalayaraq yararsız vəziyyət salıb. Xatırladaq ki, Udhampur aviabazası “Fateh-13” raketləri ilə vurulub.
Bunlardan başqa, Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti ölkə ordusunun Cammu və Kəşmir əyalətindəki Birnala şəhərində aerodromun və üç nəzarət-buraxılış məntəqəsinin məhv edildiyini açıqlayıb.
Son məlumatda ölkə ordusunun Cammu və Kəşmir bölgəsinin Punç mahalının Bhimber-Qali kəndində Hindistan Silahlı Qüvvələrinin briqada qərargahını məhv etdiyi də bildirilib.
Pakistanın baş naziri Şahbaz Şərif isə əməliyyatların başlamasından sonra Milli Komandanlıq Şurasını toplayıb.
Qeyd edək k, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.