İran Rusiyaya ballistik raketlər üçün buraxılış qurğuları göndərəcək

İran tezliklə yaxın mənzilli ballistik raketlər üçün nəzərdə tutulmuş “Fəth-360” buraxılış qurğularını Rusiyaya təhvil verəcək. 

 

Senzor.az bildirir ki, bu barədə Reuters Qərb təhlükəsizlik xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik mənbələrinin vurğuladığı kimi, buraxılış komplekslərinin çatdırılması Rusiyanın müharibədə hücum imkanlarını gücləndirəcək və Moskva ilə Tehran arasında dərinləşən hərbi əməkdaşlığın növbəti təsdiqinə çevriləcək.

 

O da qeyd olunur ki, raketlərin özü Rusiyaya 2024-cü ilin sentyabrında sanksiyalar altında olan Rusiya bayraqlı 9 gəmidə göndərilib. Bununla belə, Reuters agentliyinin məlumatına görə, o vaxt buraxılış qurğuları tədarükə daxil edilməyib. Adının açıqlanmaması şərti ilə agentliyə danışan bir neçə Qərb kəşfiyyat və bölgə rəsmisi “Fəth-360” sistemlərinin təhvil verilməsinin qaçılmaz olduğunu bildirib. Lakin onlar əlavə təfərrüatları açıqlamaqdan imtina ediblər.

 

Agentliyə müsahibə verən hərbi analitiklərin fikrincə, 120 kilometrə qədər uçuş məsafəsinə malik “Fəth-360” buraxılış qurğuları Rusiya qüvvələrinə Ukraynanın mövqelərinə, sərhədyanı yaşayış məntəqələrinə və hərbi obyektlərə zərbələr endirmək üçün yeni imkanlar verəcək. Reuters-ə danışan ekspertlərin fikrincə, belə sistemlərin yaranması ilə Rusiya Ukrayna ərazisinin dərinliklərində strateji əhəmiyyətli infrastruktura zərbələr endirmək üçün “İskəndər” kimi daha yüksək dəqiqlikli raketləri ehtiyatda saxlaya biləcək.

 

Düzdür, Tehran və Moskva Ukraynaya qarşı təcavüzü dəstəkləmək üçün İran silahlarının Rusiyaya tədarükü faktını inkar etməkdə davam edirlər. Agentlik yazır ki, bununla belə, ABŞ, Ukrayna və Aİ rəsmilərinin sözlərinə görə, Tehran Moskvaya artıq minlərlə pilotsuz təyyarə və artilleriya mərmisi ötürüb. ABŞ Mərkəzi Komandanlığının komandanı general Kristofer Kavoli hələ aprel ayında amerikalı qanunvericilərə demişdi ki, İran Rusiyaya 400-dən çox qısa mənzilli ballistik raketlər verib. Eyni zamanda, Reuters-in qeyd etdiyi kimi, digər növ ballistik raketlərin ötürülməsi ilə bağlı heç bir rəsmi təsdiq olmayıb.

 

Yeri gəlmişkən, İranın raket qurğularını Rusiyaya təhvil verməsi Tramp administrasiyasının Ukraynada atəşkəs əldə etmək və Moskva ilə sülh danışıqlarını irəlilətmək səylərini ciddi şəkildə çətinləşdirə bilər. Bundan əlavə, vəziyyət paralel diplomatik yola - İranın nüvə proqramını məhdudlaşdırmaq üçün saziş bağlamaq cəhdlərinə də təsir edə bilər.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.