30 günlük atəşkəs Rusiya-Ukrayna müharibəsinin başa çatmasının başlanğıcı olacaq – TRAMPIN XÜSUSİ NÜMAYƏNDƏSİ

"Zelenski bəyan edib ki, Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib".

 

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “X” sosial şəbəkəsində yazıb.

 

O deyib ki, 30 günlük tam atəşkəs Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin başa çatmasının başlanğıcı olacaq: “Hərtərəfli (hava, quru, dəniz, infrastruktur) atəşkəsin 30 gün müddətinə elan edilməsi, İkinci Dünya Müharibəsindən bəri Avropada baş vermiş ən böyük və ən uzunmüddətli müharibənin sona çatması prosesinin başlanğıcı olacaq”, – deyə o vurğulayıb.

 

Eyni zamanda, Kelloq xatırladıb ki, Donald Tramp dəfələrlə bu çağırışı səsləndirib: “Qətliamı dərhal dayandırın”.

 

 

APA xatırladır ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski “İstəklilər Koalisiyası” ilə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib ki, Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə 12 may tarixindən etibarən tam və şərtsiz atəşkəsin başlanması barədə razılığa gəlib. Bu atəşkəs ən azı 30 gün davam etməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.