Qərbdən Kiyevə yardım atəşkəs halında da davam edəcək – MAKRON TƏKLİF VERDİ

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Ukraynaya yardım, Avropa liderlərinin mayın 12-dən tətbiq etməyi təklif etdiyi 30 günlük atəşkəsdən asılı olmayaraq davam etməlidir.

 

Bu barədə o, BFMTV telekanalının canlı yayımladığı Kiyevdəki mətbuat konfransında danışıb.

 

“Biz bazar ertəsindən etibarən heç bir ilkin şərt olmadan atəşkəsin tətbiq ediləcəyindən çıxış edirik. Bundan sonra davamlı sülhün bütün şərtləri müzakirə olunacaq. Bu, məhz sülh haqqında müzakirəni strukturlaşdıracaq. Lakin bu, atəşkəs üçün ilkin şərt deyil”, – Makron vurğulayıb.

 

Onun sözlərinə görə, Ukraynaya təcili yardım davam etdirilməlidir. “Sonra müəyyən mənada ilk uzunmüddətli təhlükəsizlik zəmanəti olan Ukrayna ordusunun qurulmasıdır”, – Fransa lideri qeyd edib.

 

Atəşkəs təklifi barədə danışan Makron əlavə edib ki, “o, şərtsiz olmalıdır”. “Bu atəşkəs üçün nə ukraynalılar, nə də ruslar tərəfindən heç bir ilkin şərt olmalıdır. O, əsasən ABŞ-ın nəzarəti altında quruda, havada və dənizdə 30 gün davam etməlidir. Buna hazır olan bütün avropalılar bunda iştirak edəcəklər”, – Fransa prezidenti söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.