ABŞ Almaniyanın Ukraynaya 100 “Patriot” raketi verməsinə etiraz etmədi

ABŞ Almaniyanın Ukraynaya “Patriot” HHM kompleksləri üçün 100 raket və 125 uzaqmənzilli raket verməsinə etiraz etməyib.

 

Bu barədə “The New York Times” (NYT) ABŞ Konqresindəki mənbəyə istinadən məlumat yayıb.

 

“Kritik dərəcədə vacib olan silahlar Amerika Birləşmiş Ştatlarında istehsal olunur və Amerika hökumətinin razılığı olmadan – hətta başqa ölkənin mülkiyyətində olsa belə – ixrac edilə bilməz”, – məlumatda vurğulanıb.

 

Xatırladaq ki, may ayının əvvəlində ABŞ Dövlət Departamentinin Ukraynaya silah ixracı üçün lisenziya barədə Konqresə məlumat verdiyi bəlli olmuşdu. Müqavilənin məbləği 50 milyon dollar və daha çox təşkil edirdi. Bundan başqa, təxminən bir həftə əvvəl ABŞ Dövlət Departamenti F-16 qırıcılarının alınması və dəstəklənməsi üzrə paketi təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.