ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün Türkiyəyə getməyəcək.
Bu barədə “Reuters“ agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu açıqlama Vladimir Putinin Ukrayna ilə danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləməsindən sonra gəlib.
Xatırladaq ki, bundan əvvəl D.Tramp danışıqlarda Putinin iştirak edəcəyi təqdirdə İstanbula gedəcəyini bəyan etmişdi...