Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin VI sammitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Albaniyada Ermənistan baş nazirinin beynəlxalq tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.