İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının nəticə verəcəyinə ümidini ifadə edən ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırmadığını, lakin “lazım gələrsə” oraya gedəcəyini söyləyib.
Bloomberg agentliyi bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadla məlumat yayıb.
Bu arada Türkiyə Prezidentinin Administrasiyasından bildiriblər ki, hakimiyyət orqanları Donald Trampın İstanbula mümkün səfəri ilə bağlı hələlik informasiya almayıblar.
Xatırladaq ki, mayın 15-də İstanbul şəhərində Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında danışıqlar gözlənilir. Son məlumata görə, görüş günün ikinci yarısında başlayacaq.