Ukrayna hakimiyyəti etibarsız təchizatçılardan silah aldığı üçün yüzmilyonlarla dollar itirib.
Bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Nəşrin əməkdaşları sənədləri öyrənərək, satınalma ilə məşğul olan rəsmilər, silah alverçiləri və detektivlərlə söhbət edərək öz araşdırmalarını aparıblar.
Qeyd olunur ki, üçüncü şəxslər vasitəsilə şübhəli təchizatçılardan silah almaq cəhdləri Kiyevin üç il ərzində yüz milyonlarla dollar itirməsi ilə nəticələnib.
Bir sıra hallarda Kiyev sifariş edilən silahları və ya onların komponentlərini hələ də çatdırmayan az tanınan şirkətlərə avans olaraq pul köçürüb.
Mənbələrin verdiyi məlumata görə, tələbat yüksək olduğundan Ukrayna son dərəcə şişirdilmiş qiymətlərlə silah alıb və nəticədə onlardan cəbhədə istifadə edə bilməyib.