İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş başa çatıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Danışıqlar təxminən iki saat davam edib.
Qeyd edək ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.
O, görüşdən sonra "X" hesabında yazıb ki, "Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların yeni raundunun keçirilməsi barədə prinsipial razılıq əldə ediblər: "Bu gün sülhə nail olmaq üçün vacib gündür. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçiriblər. Tərəflər yeni görüş barədə prinsipial razılıq əldə ediblər".
Fidan tərəflərin 1000 nəfərlik əsir mübadiləsi və atəşkəs təklifləri barədə razılaşdığını təsdiqləyib.
Türkiyəli nazir həmçinin Ankaranın Moskva ilə Kiyev arasında sülhün təmin edilməsinə kömək edəcəyini vurğulayıb.