ABŞ Prezidenti Donald Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
Senzor.az bildirir ki, bu barədə o, "Truth Social" şəbəkəsində yazıb.
O, Rusiya-Ukrayna münaqişəsi və ticarət məsələlərini müzakirə etməyi planlaşdırdığını bildirib.
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının hazırlandığını artıq Kreml də təsdiqləyib.
Daha dəqiq desək, Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə danışıq üçün hazırlıqların görüldüyünü bildirib.