Böyük Britaniya yaxın vaxtlarda Avropa İttifaqı (Aİ) ilə yeni çoxsektorlu saziş imzalayacaq.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer məlumat verib.
Hökumət başçısı qeyd edib ki, sazişin məqsədi “Breksit”dən sonrakı münasibətləri daha da sıxlaşdırmaqdır.
Sənədlə bağlı hələlik ətraflı məlumat yoxdur. Lakin bazar ertəsi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın Londona səfəri təsdiqlənib.
Tərəflərin başlıca olaraq müdafiə sahəsində müzakirələr aparacağı gözlənilir. Bununla belə, Starmer vahid bazarın yaradılması fikrini istisna edib.