Roma Papası XIV Leo papalıq hakimiyyətinin rəmzlərini qəbul etdi – YENİLƏNİB, FOTO

Roma Papası XIV Leo andiçmə mərasimi çərçivəsində papalıq hakimiyyətinin iki rəmzini alıb: "balıqçı üzüyü" (Papa üzüyü) və palliumu (qoyun yunundan xaçlarla naxışlı lent).

 

TASS xəbər verir ki, bu qədim mərasim 267-cı Roma Papasının pontifikatının başlamasının rəmzini göstərir.

 

Papa xütbəsi ilə başa çatacaq inaqurasiya messasına XIV Leonun özü başçılıq edir.

 

Meydanda çoxsaylı dindarlar, eləcə də xarici ölkələrdən 150-dən çox nümayəndə heyəti, dini konfessiyaların nümayəndələri iştirak edirlər.

 

**12:58

 

Vatikanda Roma Papası XIV Leonun taxta çıxma mərasimi keçirilir.

 

Senzor.az bildirir ki, birbaşa yayımı Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi YouTube kanalında aparır.

 

Mərasimdən əvvəl pontifik papamobillə dünyanın hər yerindən minlərlə xristianın toplandığı Müqəddəs Petrus meydanına gəlib. Daha sonra XIV Leo messa keçirməli və papa hakimiyyətinin fərqləndirici nişanlarını – balıqçı üzüyünü və pallium (üzərində altı qara xaç tikilmiş ağ lent şəklində stela – red.) almalıdır.

 

Tədbirə gələn xarici liderlər arasında İspaniya Kralı VI Filip, Belçika Kralı Filip, İtaliya Baş naziri Corca Meloni, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen görünür. Bundan başqa, Vatikanda ABŞ vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio iştirak edirlər.

 

Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.