İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza sektorunda HƏMAS radikal hərəkatının məhv edilməsi üçün hərbi əməliyyatın həlledici mərhələsinə başlayıb.
Bu barədə İsrail Baş naziri ofisinin müşaviri Dmitri Gendelman öz "Telegram" kanalında yazıb.
"İsrail Müdafiə Ordusunun tutduğu hər bir metr HƏMAS-ın məğlubiyyətinə, girovların azad edilməsinə və sabitliyin bərpasına bir addım daha yaxınlaşmaq deməkdir", - o qeyd edib.
Gendelman qeyd edib ki, quru qoşunları qüvvələri Qəzza sektorunun dərinliklərinə doğru irəliləyir, HƏMAS-ın strukturlarına dəqiq zərbələr endirir və əsas mövqeləri tutur.
"İndi ərazini təmizləmək və təhlükəsizliyi bərpa etmək vaxtıdır", - deyə o bildirib və vurğulayıb ki, "İsrail müharibə axtarmır, amma onu aparmaqdan və qazanmaqdan da qorxmur. HƏMAS öz hakimiyyətini qorxu, yeraltı tunellər və beynəlxalq terror üzərində qurub. Biz bu sistemi dağıdacağıq", - deyə Netanyahu ofisinin müşaviri yekunlaşdırıb.