İtaliya və Böyük Britaniyanın Baş nazirləri Ciorcia Meloni və Kir Starmer, Almaniya Kansleri Fridrix Mertz və Fransa Prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampla telefonla məsləhətləşmələr aparıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı İtaliya hökumətinin Mətbuat xidməti yayıb.
Qeyd olunub ki, mayın 18-i axşam saatlarında aparılan danışıqların əsas mövzusunu Ukraynadakı münaqişənin nizamlanması məsələsi təşkil edib.
Xatırladaq ki, D.Tramp mayın 19-da Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparacağını açıqlayıb.