İsrail Qəzza zolağında döyüşləri dayandırmasa və anklavda mülki şəxslərə humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, Britaniya, Kanada və Fransa ona qarşı konkret tədbirlər görməyə hazırdır.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Yelisey sarayının mətbuat xidməti tərəfindən yayılan üç ölkə liderinin birgə bəyanatında belə deyilir.
Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya və Kanadanın baş nazirləri - Keyr Starmer ilə Mark Karni İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə qarşı sərt çıxış ediblər və İsrail hökumətini Fələstin anklavı ilə bağlı arzuolunmaz açıqlamalarına görə tənqid ediblər, həmçinin HƏMAS-a hazırkı hücumları qeyri-mütənasib hesab ediblər.