Ukrayna ilə Rusiya arasında “1000-ə 1000” formatında əsir mübadiləsi... – TƏRƏFLƏR SİYAHILARINI TƏQDİM ETDİLƏR

Ukrayna Rusiya ilə əsir mübadiləsi üçün “1000-ə 1000” formatında nəzərdə tutulan siyahını artıq hazırlayaraq qarşı tərəfə təqdim edib.

 

Senzor.az bildirir ki, bu barədə “RBK-Ukrayna”ya açıqlamasında Ukraynanın Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı sədrinin müavini Andrey Yusov məlumat verib.

 

“Ukrayna mübadilə üçün siyahını təqdim edib”, – deyə Yusov bildirib.

 

Qeyd edək ki, “1000-ə 1000” formatında mümkün əsir mübadiləsi ötən həftə İstanbulda ukraynalı və rusiyalı rəsmilər arasında keçirilən görüşlərin əsas müzakirə mövzularından biri olub. Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bu həftə ərzində belə bir mübadilənin baş tutmasının mümkün olduğunu bildirmişdi.

 

Mayın 22-də Ukrayna Prezidenti Volodimir Zelenski belə bir mübadilə üzrə keçirilən müşavirədən sonra bəyan edib ki, Rusiya da Ukraynaya öz siyahısını təqdim edib.

 

Bu arada Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “1000-in 1000-ə” formatlı əsir mübadiləsi üçün Ukraynadan siyahı aldıqlarını təsdiqləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.