Tramp: “Zelenskinin CAR-da nə işi var?”
VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa ilə görüşdə Afrika ölkələrindən birində olarkən Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng etdiyini deyib.

 

Ramafosa ilə görüşdə Tramp ABŞ-ın Rusiya-Ukrayna münasibətlərini həll etməyə çalışdığını bildirib. Rusiyalı həmkarı ilə 2 saatdan çox çəkən son telefon danışığında o, əhəmiyyətli irəliləyişə nail olduqlarını düşündüyünü vurğulayıb.

 

“Amma bu, qan çanağıdır. Hər həftə 5000 insan ölür. Şəhər və kəndlərdə öldürülənləri nəzərə almasaq, həftədə 5000 əsgər. Buna görə də kömək etməyə çalışırıq. Bunun bizə dəxli yoxdur. Bunlar bizim insanlar deyil”, - ABŞ lideri deyib.

 

Ramafosa xatırladıb ki, Ukrayna Prezidenti CAR-a gələndə o, Trampla danışıb. O zaman Tramp və Ramafosa ukraynalıların və rusların sülh içində yaşaması üçün sülh ideyasını təbliğ etmək barədə razılığa gəliblər.

 

“Biz kifayət qədər uzun müddətdir ki, Ukrayna-Rusiya münasibətlərində iştirak edirik, ona görə də mən yalnız uşaq mübadiləsini xatırlaya bilərəm və sizin atdığınız addımlar bizim tərəfimizdən tam dəstəklənir, biz bu müharibənin bitməsini istərdik”, - CAR-ın Prezidenti bildirib.

 

Ramasofanın xatırlatmasının cavabında Tramp Ukrayna Prezidentinə necə zəng etdiyini yada salıb.

 

“Zelenskiyə zəng etdim, dedilər ki, Cənubi Afrikadadır. Mən soruşdum ki, onun Cənubi Afrikada nə işi var?”, – Ağ Evin rəhbəri söyləyib.

 

Ramafosa gülərək “O, bizimlə görüşürdü” cavabını verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.