İran-ABŞ danışıqlarının 5-ci raundu başa çatıb
YENİLƏNİB

Romada 3 saat davam edən İran-ABŞ danışıqlarının beşinci raundu başa çatıb.

 

Senzor.az bildirir ki, bu barədə Oman xarici işlər naziri Bədr Əlbusaidi məlumat verib.

 

"İran-ABŞ danışıqlarının beşinci raundu bu gün Romada bəzi, lakin qəti olmayan irəliləyişlə başa çatıb. Ümid edirik ki, yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirək, davamlı və şərəfli razılığın əldə olunması kimi ümumi məqsədə doğru irəliləməyə imkan verək", - nazir qeyd edib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ və İran Tehranın nüvə proqramı ətrafında fikir ayrılığının nizamlanmasında dair Omanın vasitəçiliyi ilə 4 dəfə danışıqlar keçirib. Bunlardan birincisi aprelin 12-də Omanın paytaxtı Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncü və dördüncü isə aprelin 26-da və mayın 11-də yenidən Maskatda baş tutub.

 

**15:49


İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

 

Bu barədə Reuters məlumat yayıb.

 

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

 

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dan isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

 

 

İran-ABŞ danışıqlarının 4-cü raundundan sonra Stiv Uitkoff bildirib ki, ABŞ İranda uranın bir faiz belə zənginləşdirilməsini qəbul etməyəcək. İran XİN rəhbəri Abbas Araqçi buna cavab olaraq bildirib ki, razılıq əldə olunub-olunmasa da, uranın zənginləşdirilməsinə dəfələrlə qadağa qoyulmasına baxmayaraq, Tehran bu prosesi davam etdirəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.