Ərəb ölkələrindən Trampa İranla bağlı xəbərdarlıq: “VURMAYIN!”

Qətər əmiri Şeyx Təmim bin Haməd əl-Tani, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla görüşdə İranın nüvə obyektlərinə zərbələrin endirilməsi əleyhinə çıxış ediblər.

 

Bu barədə “Axios” portalı mənbələrinə istinadla məlumat yayıb.

 

Mənbələrin sözlərinə görə, onlar İsrail və ya ABŞ-ın İranın nüvə obyektlərinə mümkün zərbəsinə qarşı çıxış ediblər və Trampı yeni nüvə sazişi axtarmağa davam etməyə çağırıblar. Portal yazır ki, ərəb liderlər ABŞ-ın mümkün hücumunun onları İranın cavab zərbələrinin hədəfinə çevirə biləcəyindən narahat olduqlarını bildiriblər. Qeyd olunur ki, həmin ölkələrin ərazisində ABŞ hərbi bazaları var.

 

“Axios”un məlumatına görə, Qətər əmiri Trampa belə bir ssenaridə ən çox Körfəz ölkələrinin zərər görəcəyini deyib.

 

Səudiyyə Ərəbistanı və Qətər də İsrailin İrana mümkün zərbəsindən narahat olduqlarını bəyan ediblər. BƏƏ məsələnin diplomatik yolla həllinə üstünlük veriləcəyini vurğulayıb. Portal iddia edir ki, Qətər əmiri, BƏƏ prezidenti və Səudiyyə Ərəbistanı şahzadəsi Trampın danışıqlar aparmaq cəhdlərini dəstəklədiklərini bildiriblər.

 

Mayın 21-də CNN telekanalı ABŞ rəsmilərinə istinadla xəbər vermişdi ki, İsrail İranın nüvə infrastrukturuna zərbələr endirməyə hazırlaşır. Belə bir kampaniya ehtimalı son aylarda xeyli artıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.