Suriya Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla saziş imzaladı - 7 MİLYARD DOLLARLIQ
FOTO

Suriya hökuməti Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla enerji sahəsində əməkdaşlığa dair 7 milyard dollar dəyərində saziş imzalayıb.

 

“Reuters” xəbər verir ki, memorandumun imzalanma mərasimi Dəməşqdəki Prezident sarayında Suriya Prezidenti Əhməd əl-Şara və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tomas Barrakın iştirakı ilə keçirilib.

 

Suriyanın energetika naziri Məhəmməd əl-Başir bu hadisəni münaqişə illərində zərər çəkmiş ölkənin infrastrukturu üçün "tarixi an" və "dönüş nöqtəsi" adlandırıb. Öz növbəsində, Barrak əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları heç bir şərt qoymadan ləğv edir, Dəməşqə əməkdaşlığı və ticarət əlaqələrini inkişaf etdirməyi təklif edir.

 

Qətərin “UCC Holding” şirkətinin bölməsinin rəhbərlik etdiyi konsorsiuma Türkiyənin “Kalyon GES Enerji Yatirimlari və Cengiz Enerji”, həmçinin “Power International USA” şirkətləri daxildir.

 

Suriyanın mərkəzi və şərq hissəsində qazla işləyən dörd istilik elektrik stansiyasının, cənubda isə günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.