Türkiyə kəşfiyyatının rəhbəri HƏMAS-la Qəzzadakı atəşkəs məsələsini müzakirə etdi

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, telefon danışığı zamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun rəhbərliyi ilə HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində aparılan atəşkəs danışıqları müzakirə olunub.

 

Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması istiqamətində beynəlxalq ictimaiyyətlə birgə səyləri qeyd edilib.

 

Müzakirə zamanı Türkiyənin Fələstin xalqının yanında olduğu diqqətə çatdırılıb və əsir mübadiləsi, eləcə də humanitar yardımlara icazə məsələsinə də toxunulub.

 

Həmçinin, ABŞ, Qətər və Misirin vasitəçiliyi ilə danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.